Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Cəmiyyət
11:20 / 30.11.2018
1994
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.
İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.