Neft alan yoxdur - UCUZLAŞIR

Neft alan yoxdur - UCUZLAŞIR
Analitiklər alıcıları neft bazarına qayıtmağa inandıra bilməyiblər. Ekspertlər neftin bahalaşacağına dair bəyanatlar versələr də, ancaq əllərində pulu olanlar əməliyyat aparmaqdan imtina ediblər. Nəticədə, neftin qiyməti ilin minimumuna düşüb.

Günortadan sonra "Brent” markalı neftin bir bareli birjada 57 dollar 85 sentə satılır.

İlin sonuna dörd həftə qaldığı və neft almaq üçün əsl vaxt olduğunu xatırladan analitiklər hesab edirlər ki, bazardakı pay sahibləri yalnız hadisələri müşahidə etməklə məşğuldurlar.

"Tyche Capital Advisors” şirkətinin rəhbəri Tarih Zahir vəziyyəti belə izah edib:

"Az adam tapılar ki, pulunu riskə atsın, çünki hazırkı vəziyyətdə neqativ informasiyaların və real amillərin bazardakı vəziyyəti dəyişməsi nəzərə alınır”.
Bu qeyri-müəyyənlik isə neftin qiymətinin düşməsinə təkan verir. Paralel olaraq neft istehsal edən şirkətlərin səhmləri də ucuzlaşır.

Qiymətlərin bahalaşması üçün yeganə katalizator isə OPEC-in dekabrın 6-da gözlənilən yığıncağı ola bilər. Amma analitiklərin çoxu Səudiyyə Ərəbistanının hasilatın azaldılmasına qarşı çıxacağını ehtimal edirlər.
 
/oxu.az

OXŞAR XƏBƏRLƏR