“Mənim Bakcellim” mobil applikasiyasında yenilik: “Bakcell” dən onlayn çat

“Mənim Bakcellim” mobil applikasiyasında yenilik: “Bakcell” dən onlayn çat
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – "Mənim Bakcellim” applikasiyasına mühüm yenilik əlavə edib.

Belə ki, abunəçiləri daha rahat və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell özünün "Mənim Bakcellim” applikasiyasında Onlayn Çat funksiyasını işə saldı. Onlayn Çat vasitəsilə Bakcell abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını verə bilərlər.
 
Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verdi. "Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.

"Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

Bundan əlavə, "Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə  təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Bakcell abunəçilərin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə rahatlıq və şəffaflıqla təmin edir. Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini artırmaq məqsədilə "Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün Bakcell öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və yeni mobil applikasiyanı Google Play və Appstore portallarında qiymətləndirib müvafiq rəy yazmağa dəvət edir.

"Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün "Google Play” və "Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda "Mənim Bakcellim” proqramının  "desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər //www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...