Tərtərdə xəsarət alanların ADLARI və VƏZİYYƏTİ barədə xəstəxanadan cavab

Hadisə
12:58 / 29.11.2018
2938
Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib.
Hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.
Məlumatda həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.
/Trend