Ermənistan XİN Almaniyada "qanuni oğrular"a himayədarlıq edir?

Ermənistan XİN Almaniyada
Almaniyanın "Der Spiegel” qəzeti və MDR telekanalının apardığı araşdırma göstərib ki, ölkədə "qanuni oğrular”ın başçılıq etdiyi erməni mafiyası Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunur və bu məlumat yerli erməni diasporunun nüfuzuna xələl gətirib, eləcə də iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Bu barədə "Prestupnaya Rossiya” onlayn qəzeti yazır.

Jurnalistlərin əldə etdiyi məlumatlara əsasən, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahələrdə fəaliyyət göstərib.

Polis istintaqı zamanı ümumilikdə 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Alman jurnalistlər həmin şəxsləri "Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək səviyyəli nümayəndələri” kimi qələmə verib.

Qeyd olunub ki, bu ilin iyul ayından əksəriyyəti etnik erməni olan 129 nəfər saxlanılıb.

Bundan başqa, 2017-ci ildə Çexiyada "oğru görüşləri” zamanı saxlanan "nüfuzlu iş adamı” Ruben Tatulyan Ermənistan diplomatik pasportunu göstərərək həbsdən qaça bilib.

Araşdırmalar zamanı, Ermənistan XİN R.Tatulyana "ölkənin iqtisadi inkişafına yönəlmiş fəaliyyətinə görə” diplomatik pasport verdiyini etiraf edib./trend
 

OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...