“Vaşadzenin qələbəsi qaçılmazdır” - ŞƏRH

“Vaşadzenin qələbəsi qaçılmazdır” - ŞƏRH
"Vaşadzenin qələbəsi qaçılmazdır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstanda prezident seçkilərinin ikinci turu və prosesin gedişində kimin qalib gələ biləcəyilə bağlı fikirlərini bölüşərkən politoloq Natiq Miri deyib:
 
"Həm nəzəri, həm də praktik olaraq Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müxalif namizəd Qriqol Vaşadzenin qalib gəlməsi ehtimalı çox böyükdür. Birinci turda bütün saxtakarlıqlara rəğmən Vaşadze 38 faiz yaxın səs toplamışdı. Digər müxalifət lideri Bakradze isə 11 faizə yaxın səs alıb ki, ikinci turda o elektoratı ilə birgə Vaşadzeyə səs verəcəyini bəyan edib. Üçüncü müxalif namizəd Natelaşvilinin də 3 faizdən artıq səsi vardı ki, o da müəyyən danışıqlardan sonra elektoratını Vaşadzeyə səs verməyə çağırıb. Bu isə o deməkdir ki, ikinci turda Vaşadze azı 52 faizdən çox səs ala bilər. Prosesdə hələlik qərar verməkdə çətinlik çəkənləri də yarı-yarıya bölsək, Vaşadzenin qələbəsi qaçılmazdır. Seçkilər az da olsa, demokratik olsa, müxalifət namizədinin qələbəsi təmin olunacaq”.
 
Total saxtakarlığa gediləcəyi təqdirdə isə, həmsöhbətimizə görə, bu İvanişvili iqtidarının sonuna gətirib çıxaracaq:
 
"Total saxtakarlıq olduğu halda, bu İvanaşvili hakimiyyəti üçün ciddi təhlükələr yaradacaq. Qərb dünyası həmin halda seçkinin nəticəsini tanımayacaq, bu da İvanaşvili hökumətinə problem yaradacaq. Gürcüstan cəmiyyətində də birinci turdan sonra artıq İvanaşvili hakimiyyətini yola salmaqla bağlı güclü inam formalaşıb. Belə olan təqdirdə, kütləvi saxtakarlığa getməklə hazırkı hakimiyyət güclü etirazlarla qarşılaşa bilər. Nəticə etibarı ilə İvanaşvili iqtidarının növbəti parlament seçkilərinə qədər hakimiyyətdə qalıb-qalmaması da böyük şübhə doğura bilər. İvanaşvili seçiciləri öz tərəfinə çəkmək üçün müəyəyn cəhdlər etdi. 560 minə qədər insanın banklara olan borcları silindi. Ancaq düşünürəm ki, bunun özü də gücrü cəmiyyətində tərs təpki, anlaşılmazlıqlar yaratdı. Zurabişvilinin xeyrinə rus meylli gürcü siyasətçiləri birləşib. Kreml onları təcili qaydada Moskvaya toplayaraq, instruktaj verib. Hətta öz nümayəndələrini təcili şəkildə Tiflisə göndəriblər ki, bilavasitə seçki prosesilə məşğul olsun. Ancaq bütün bunlara rəğmən gürcü xalqında dəyişiklik istəyinin hiss olunası fonunda Vaşadzenin qalib gəlmək şansları daha yüksəkdir. Bu fonda İvanaşvili hakimiyyətinin total saxtakarlığa getməsi öz hakimiyyətləri üçün ölüm təhlükəsinin yaranması demək olacaq”.
 
Qeyd edək ki, artıq Gürcüstanda prezident seçkilərinin ikinci turuna start verilib. Mübarizə iki namizəd arasında, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və "Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze arasında gedir. Onu da vurğulayaq ki, birinci turda Zurabişvili səslərin 38,64, Vaşadze isə 37,74 faizini toplamağa nail olub. Gürcüstan qanunvericiliyinə görə, ikinci turda sadə səs çoxluğu toplayan namizəd qalib gələcək.
 
ELÇİN
Sfera.az











OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...