“Həyat yoldaşım icazə vermir”
“Məncə, insan ona yaraşanı geyinməlidir. Mənə elə gəlir ki, həddindən artıq çox açıq-saçıq geyinsəm, yaraşmaz. Üstəlik həyat yoldaşım da bu tip geyimlərə icazə vermir. Mən onunla çox razıyam, əlbəttə ki, o haqlıdır”.
Sfera.az xəbər verir ki, bunu milli.az-a müsahibəsində aktrisa Fidan Axundova deyib. O, bildirib ki, açıq-saçıq geyinmək məsələsi nisbidir: “İnsan var ki, onun üçün həddindən artıq qısa geyinmək açıq-saçıqlıq sayılmaz, insan da var ki, dizdən geyinmək onun üçün açıq-saçıqlıqdır. Çalışıram ki, normal həyatda elə normal da geyinim. Nə həddindən artıq açıq-saçıq, nə də qapalı”.
Aktrisa onu da qeyd edib ki, Azərbaycanda açıq-saçıq geyimləri xalq artisti Amaliya Pənahova dəbə gətirib: ““Babək” filmində bir səhnə var ki, Amaliya xanımın sinəsi qədərindən çox açıqdır. Bu bizim filmlərimiz üçün o vaxt bir yenilik idi. Amma Amaliya xanım bu rolu o qədər peşəkarcasına oynayır ki, heç bir tamaşaçı onun libasının açıq-saçıq olmasına diqqət yetirmir. Sənətdən uzaq bir insan bu açıq-saçıqlığa diqqət yetirə bilər. Qısa geyimləri, dekolteni ilk olaraq Amaliya xanımda görmüşəm. Amaliya xanıma açıq-saçıqlıq çox yaraşır”.