"Təhsilə qoyulan investisiya özünü doğruldur" - Bahar Muradova

Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır.

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qurultay Azərbaycan xalqının gələcək həyatını dəyişmək üçün vacibdir: "Azərbaycanda elə bir insan yoxdur ki, təhsil sahəsi ilə bağlı olmasın. Elə bir ailə yoxdur ki, bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onların həyatına təsir etməsin. Son beş ildə çox işlər görülüb".

B.Muradova əlavə edib ki, Azərbaycan dövlətinin bütün sahələrdə müasirləşməsi məsələsi qarşıya qoyulan vəzifələrdəndir. MM sədrinin müavini hesab edir ki, bunun ağırlıq yükü müəllimlərin çiyinlərindədir.

Vitse-spikerin fikrincə, təhsilalanın ailəsi də təhsil problemlərinin həlli məsələsindən kənarda qalmamalıdır: "Valideynlərin də övladları ilə birlikdə təhsilalma prosesində iştirakına ciddi diqqət yetirməliyik. Ailənin öz maddi imkanını öz övladının təhsilinə yönəltməsində qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyət bunu birmənalı qarşılayır. Burada qəbahət heç bir şey yoxdur"./trend
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...