17 mindən çox müraciət

17 mindən çox müraciət

Bu ilin iyulunda Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 17 min 215 müraciət cavablandırılıb. 

Sfera.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 28,86 faizi ayrı-ayrı vergi növləri, 19,95 faizi vergi nəzarəti tədbirləri, 0,8 faizi vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlər, 50,39 faizi digər məsələlər barədə olub.

İyulda səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5 min 382 zəng daxil olub ki, 2 min 852 zəng zamanı vergi borcları, 1432 zəng zamanı isə vergilərin növləri ilə bağlı suallar cavablandırılıb.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 325 min 30 qısa mesaj göndərilib.

Ötən ay Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə isə 360 min 196 daxilolma qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...

“Milan” səfərdə qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, “Milan” “Komo”nu səfərdə məğ...

Naxçıvanda hərbi sursat aşkar edildi - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.   Sfera.az xəbər verir ki,...