4 gün iş olmayacaq
Cəmiyyət
11:43 / 21.08.2015
2120
Qurban bayramı ərəfəsində 4 gün qeyri-iş günü olacaq
Qurban bayramında Azərbaycanda 4 gün qeyri-iş günü olacaq. Nazirləri Kabinetinin qərarına əsasən bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd olunacaq. Təqvimə əsasən 24 sentyabr cümə axşamına, 25 sentyabr cümə gününə, 26 və 27 sentyabr isə şənbə-bazar günlərinə təsadüf etdiyi üçün ölkədə üst-üstə 4 gün qeyri-iş günü olacaq.