“Müharibəyə hazır olun!” - Prezident

“Müharibəyə hazır olun!” -  Prezident

Şimali Koreya prezidenti Kim Çen In ötən gün Cənubi Koreya ilə baş verən atışmadan sonra ordunun tam döyüş vəziyyətinə gətirilməsi haqqında əmir verib. 

Sfera.az ans press-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi radiosu xəbər yayıb. Ötən gün Cənubi Koreya höküməti Şimali Koreya ilə sərhəd zonasında yaşayan vətəndaşlarının təxliyyəsinə başlayıb.

Rəsmi Seul iddia edir ki, Şimali Koreya hərbçiləri onların sərhəddə yerləşdirilən səsgücləndiricisini raket hücümuna məruz qoyublar. Bu avadanlıq vasitəsi ilə Seul qonşu ölkənin sakinlərinə onların vətənində hökm sürən rejimlə bağlı tənqidi şüarlar yayımlayır.

Buna cavab olaraq Cənubi Koreya 155 millimetr çaplı toplardan atəş açıb. Hadisədən sonra Şimali Koreya bəyanedib ki, əgər səsgücləndirici avadanlıqlar 48 saat ərazində uzaqlaşdırılmazsa orduya Cənubi Koreyaya qarşı döyüş əmri veriləcək.

Sərhəd ərazisində səsgücləndirici avadanlıqlar quraşdırmaq qərarını Seul iki hərbçisinin Şimali Koreya tərəfindən neytral zonada yerləşdirilən minada partlamasından sonra verib.

Cənubi və Şimali Koreya hələdə müharibə şəraitindədirlər. 1950-1953-cü illərdəki silahlı münaqişəsindən sonra iki ölkə arasında imzalanan sənəd tam sülh razılaşması deyil, barışıq məqsədi daşıyırdı. Cənubi və Şimali Koreya sərhədlərində tərəflərin mütəmadi olaraq bir birinə atəş açması artıq adi hal alıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...