“Qaşını, üzünü alır, sırğa da taxır, utanmır...”
Müğənni Manaf Ağayev sırğa taxan kişi ifaçıları tənqid edib.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "İncə sənət" verilişində belə halları qəbul etmədiyini bildirib: "Şou-biznesdə kişi xarakterli müğənnilər azdır. Ad çəkmərəm, xətrinə dəyər. Adam var, qaşını da, üzünü də alır, sırğa da taxır. Utanmır, bunu edir. Belələrinin kompleksi yoxdur. Özümü elə gülünc günə qoyaram ki, hamı məndən danışar. Amma sənət olmayandan sonra bu kimə lazımdır? Düşünəndə ki, mən də özümü o hala salıram, gülməyim gəlir. Övladlarım da özlərini belə günə qoysalar, qəbul etmərəm".
M.Ağayev həmkarlarının efirdə başına gələn hadisələrdən də bəhs edib: "Efirdə təsadüfdən hər şey ola bilər. Bundan gündəm yaratmaq olmaz. Bu yaxınlarda Səidə Sultanın efirdə başına iş gəlib (Müğənninin paltarının yaxası düşmüş, sinəsi görünmüşdü - red.). Bu qəsdən özünü açıb-tökmədi ki... Oxuyan yerdə başına iş gəldi. Mən də səhnədə yıxıla bilərəm. Bunlar adi haldır".