Habil Əliyevdən yeni xəbər

Habil Əliyevdən yeni xəbər

Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti stabil olaraq qalır. 

Sfera.az xəbər verir ki, Mərkəzi Klinik xəstəxananın həkim-reanimatoloqunun ANS PRESS-ə verdiyi məlumatına görə, Habil Əliyevin səhhətində hələ ki, heç bir dəyişiklik yoxdur. Lakin yaşla bağlı sənətkarın orqanizmində hər an dəyişikliklər ola bilər.  Ötən günlərə nisbətən sənətkar indi özünü daha yaxşı hiss edir və ailə üzlərilə də rahatlıqla ünsiyyət qura bilir. Arada süni nəfəs aparatına qoşulsa da çox vaxt özü sərbəst nəfəs ala bilir. 

Ötən həftənin sonunda vəziyyəti ağırlaşan Habil Əliyev Mərkəzi Klinik Xəstəxanayayerləşdirilib. Xalq artistinin ağciyərində və tənəffüs yollarında problem olduğu bildirilir. 

Habil Əliyev səhhəti Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi nəzarətindədir.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edildi

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.   Sfera.az səhmdar cəmi...

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...