“Efirdə biabırçılıq yaratmaq istəmirəm”
Aşıq Samirə şou-biznes nümayəndələrindən söhbət açıb. Sfera.az “qafqazinfo”nun məlumatına istinadən bildirir ki, “İncə sənət” verilişinə açıqlamasında aşıq şou əhlinə efirdə qalmaqal yaradaraq sənəti gözdən salmamağı tövsiyə edib:
“Səhnədə olmayan insanlar deyir ki, filan kəs filan kəslə dalaşdı. İstəmirəm ki, tamaşaçının gözündə cılızlaşaq. Özümüz-özümüzü hörmətdən salırıq. Bir-birimizi uca tutaq. Sənət adamlarının birinin təqdimatına, birinin toyuna gedirsən. Hamı bir-biri ilə öpüşüb görüşür. Doğma ailə üzvləri elə qan-tərə batmır. Efirdə isə bir-birlərini qırırlar. Şou əhli bəzən efirdə rola girirlər, bəzən isə küyə gedirlər. Küsdüyüm sənət yoldaşlarıma zəng edib məsələni həll etmişəm, efirdə biabırçılıq yaratmaq istəmirəm. Söz-söhbətləri zarafatla yola vermək olar, neqavit məqamları şou olaraq təqdim etməsinlər”.