Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

Aqşin Məmmədov: «Mehman Fətəliyev dedi ki, bu işə keçmək üçün mənim ağırlığında pul verib»

«Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev vəzifə səlahyyətlərindən sui-istifadə edərək, məndən 400 manat rüşvət alıb». Bunu JAM.AZ-a Bakı şəhər sakini Aqşin Məmmədov yazaraq bildirib.

O qeyd edib ki, 17 avqust 2015-ci il tarixdə dostu Elşadın ağrılarının tutması səbəbindən özünə məxsus olan "Hyundai Veloster" markalı 99 CG 061 nömrə nişanlı avtomobiliylə xəstəxanaya aparan zaman DYP əməkdaşları tərəfindən saxlanılıb. «Heç bir əsas olmasa da maşınımı cərimə meydançasına apardılar. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi, heç bir yol hərəkəti qaydaları pozuntusuna da yol verməmişdim. Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev mənim iradıma cavab olaraq bildirdi ki, səs-küy salmağının heç bir mənası yoxdur. Üstəlik «Mən Xəzər Rayon Polis İdarəsindən Nəsimi RPİ-nə sənin ağırlıqda pul verib keçmişəm» deyə bildirdi».

JAM.AZ-a yazan Aqşin Məmmədov bildirir ki, səhəri gün avtomobilini cərimə meydançasından çıxarmaq istədikdə isə ondan 500 manat istəyiblər. «Şəxsən mayor Mehman Fətəliyevə 400 manat verib maşınımı cərimə meydançasından çıxardım. Ancaq heç bir protokol yazılmadı. Sadəcə, sənədlərimin surəti çıxarılıb götürüldü. Sonradan bildim ki, bunu da ona görə ediblər ki, əgər şikayət edərəmsə, tez köhnə tarixə protokol yazıb saxta işlərinə don geyindirsinlər».

Mayor Mehman Fətəliyevin 400 manat pul almasını görən iki nəfər şahidin olduğunu bildirən A.Məmmədov qeyd edib ki, o, aidiyyıtıqurumlara müraciət edib. «Bilirəm ki, bundan sonra təhlükə ilə rastlaşa bilərəm, məni şərləyə bilərlər. Ancaq ona görə şikayət edirəm ki, belə çirkin üsullarla digərlərinin əsbləri ilə oynayıb cibini soymasınlar».

Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...