"Avtoşluq" edən polis YPX əməkdaşını ölümcül yaraladı - Bakıda

"Avtoşluq" edən polis YPX əməkdaşını ölümcül yaraladı -  Bakıda

Bakıda yol polisi əməkdaşı xidmət apararkən faciə ilə üzləşib.

Sfera.az aznews.az-a istinadən xəbər verir ki, 99 YP 455 nömrəli avtomobildə xidmət aparan Samir Dənziyev adlı yol polisi polisdən qaçan "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Ağır yaralanan yol polisi təcili olaraq Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

AzNews.az hadisənin təfərrüatını da öyrənə bilib. Məlum olub ki, polisi vuran sürücü 99 YP 446 nömrəli avtomobildə xidmət aparan polislərin "saxla" əmrinə tabe olmayib. Buna görə də polislər onu Heydər Əliyev prospekti ilə təqib etməyə başlayıb. Köməyə gələn 99 YP 455 yol polisi avtomobili Bakıxanov qəsəbəsi (“Akkord”un binalarının yaxınlığı) ərazisində tabesizlik göstərən və avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlamaq istəyib. Bunuçün S.Dənziyev avtomobildən düşərək sürətlə hərəkət edən "Mercedes"in qarşısına keçib və bu zaman hadisə baş verib.

Təqib olunan sürücü saxlanılandan sonra məlum olub ki, o da polis əməkdaşıdır və ölkədə fəaliyyət göstərən diplomatik korpusların birində xidmət aparır.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...