Emin Milli keçmiş prezidenti təhqir etdi

Emin Milli keçmiş prezidenti təhqir etdi

Meydan TV-nin rəhbəri Emin Milli Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyi aşağılayıb. 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, hər şey Əbülfəz Elçibəyin vəfatı günü Meydan TV-nin saytında iki il əvvəl başqa bir saytda yayılmış yazının təkrar yayılması ilə başlayıb. Yalçın Nəsirov adlı müəllifin "Kələki çıxmazı" adlı yazısının saytda yayılması Elçibəysevərlərin etirazları ilə qarşılanıb. Emin Milli isə özünü müdafiə etmək üçün avqustun 22-23-də dalbadal bir neçə status yazıb, Əbülfəz Elçibəyə qarşı fikirlər səsləndirib.

Məsələn, o, Əbülfəz Elçibəyi "cinayətkar" adlandırıb. Emin Millinin "cinayət" hesab etdiyi addım isə 1993-cü ildə Heydər Əliyevin Bakıya dəvət edilməsidir. Emin Milli Əbülfəz Elçibəy haqqında "Tarix onu heç vaxt bağlşlamayacaq" yazıb.

Meydan TV-nin rəhbəri son statusunda isə Elçibəy yazmağa da lüzum görməyib: "Mövcud müxalifətin Əbülfəz Əliyev haqqında xalqın bildiyi həqiqəti xalqa deməməsi, əksinə həqiqəti örtbasır etmələri, xalqı bu muxalifətdən həmişə şübhələndirib. Həbsdə olanda və rayonlarda, müxtəlif yerlərdə və zamanlarda özüm bunun şahidi olmuşam".


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...