Müəllimlərlə bağlı müsabiqə başa çatdı

Müəllimlərlə bağlı müsabiqə başa çatdı

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. 

Sfera.az TQDK-nın saytına istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib. Onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 % artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Qeyd edək ki, bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...