"Mehriban Əliyeva heyranlığa layiq dünya əhəmiyyətli xadimdir"

"Mehriban Əliyeva heyranlığa layiq dünya əhəmiyyətli xadimdir"

"Azərbaycanın birinci xanımı, ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük istedada və dünyagörüşünə malik çox dinamik insandır". 

Axşam.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O bildirib ki, Mehriban Əliyeva həmişə dialoq və mədəniyyətlərarası qarşılıqlı münasibətlərin tərəfdarı olub.

ISESKO-nun baş direktoru qeyd edib ki, Mehriban Əliyevanın Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Foruma göstərdiyi dəstək forumun nəcib məqsədlərinə çatmaqda əsas amillərdəndir:

“Bütün əvvəlki forumlarda iştirak etmək şərəfinə layiq görülmüşəm və deyə bilərəm ki, onların hamısı yaxşı təşkil olunmuş, məhsuldar keçmiş və dünyanın bir çox yüksək vəzifəli xadimlərini cəlb etmişdir”.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Birinci Avropa Oyunlarının keçirilməsində Mehriban Əliyevanın rolunu vurğulayıb:
 
“I Avropa Oyunları uğurla keçirildi və Azərbaycanın belə böyük tədbirləri təşkil edə bilmək qabiliyyətini göstərdi. Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri və onun komandası Oyunlarda iştirak edən və yarışları ekranlardan izləyənləri heyrətə salan, bütün dünyanın marağına səbəb olan tədbir nümayiş etdirə bildi”.

O bildirib ki, bu tarixi tədbirdə fəxri qonaqlar arasında olmaq şərəfinə layiq görülüb və bir çoxları kimi mərasimin gözəlliyi və mükəmməlliyinə heyran qalıb.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Vatikanda Müqəddəs Taxt-Tac ilə bağlı layihələrdə Mehriban Əliyevanın iştirakını yüksək qiymətləndirib: 

“O, dialoq, inkişaf və humanitar fəaliyyətin bir çox sahələrində çalışır və Müqəddəs Taxt-Tac ilə bağlıl layihələrdə iştirak etməsi, bu çərçivədəki fəaliyyəti onun şəxsiyyətini əks etdirir. Bu, şübhəsiz, müasir, tolerant və konstruktiv ölkə kimi Azərbaycanın əsl simasını bütün dünyaya nümayiş etdirir”.

O bildirib: 

“Düşünürəm ki, artıq Azərbaycanın birinci xanımı hörmət və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...