60 yaşlı qatıq satan qadını döydülər

60 yaşlı qatıq satan qadını döydülər

Dünən axşam saatlarında Daşkəsən rayon sakini 60 yaşlı Atlas Məmmədova Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib. 

Sfera.az Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlərin müayinəsindən sonra ona döş qəfəsinin sağ hissəsinin əzilməsi diaqnozu qoyulub. Ağır vəziyyətdə olan qadına həkimlər ilkin tibbi yardım göstərib və onun həyatı üçün təhlükə aradan qaldırılıb. Məlum olub ki, zərərçəkən Daşkəsən bazarında qatıq satışı ilə məşğul olub və onun döyülməsi də elə alver zamanı yaranan mübahisə əsnasında baş verib.

Daşkəsən rayon Polis Şöbəsində 60 yaşlı qadına bədən xəsarətləri yetirən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...