Ramil Usubov sıra baxışı keçirəcək

Ramil Usubov sıra baxışı keçirəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla bağlı keçiriləcək sıra baxışında iştirak etmək istəyən şəxslər 2015-ci il sentyabr ayının 1-də saat 9.00-da şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayına gələ bilərlər. 

Nazirlikdən daxil olan məlumata görə, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər: - “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, avtomobil nəqliyyatına aid ali və ya orta-ixtisas təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi olan, yaxud sürücü kimi 3 il əmək stajına malik Azəsrbaycan Respublikasının kişi cinsli vətəndaşları. Müsabiqəyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi üzrə 35 vakant yol-patrul xidməti inspektoru vəzifəsi elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən, dövlət təhsil müəssisələrində ali təhsil almış və emosional dayanıqlı namizədlərə üstünlük veriləcək. //qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...