Azərbaycan yeni iş vaxtına nə zaman keçəcək?

Azərbaycan yeni iş vaxtına nə zaman keçəcək?

Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl və bank sektorunda fəaliyyət göstərən işəgötürənlərə iş saatlarının dəyişdirilməsi ilə bağlı müraciət ünvanlanmışdı. 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Elman Babayev verilən tövsiyənin gedişatı barədə açıqlama verib. O qeyd edib ki, müraciətdə qeyd olunan tövsiyənin icrasını təmin etmək üçün əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət edilməsinin zəruri olduğu bildirilib və iş şəraitində dəyişikliklərin həyata keçirilməsi zamanı əmək qanunvericiliyindən irəli gələn hansı prinsiplərə əməl olunması barədə onlara  ətraflı məlumat verilib: “Müraciətdə həmçinin bu sahədə görülən tədbirlər barədə ƏƏSMN-nin elektron poçtuna ([email protected]/* */) məlumat göndərmələri xahiş olunub. Özəl sektorda və  bank sektorunda fəaliyyət göstərən işəgötürənlərə müraciət ünvanlandıqdan sonra onlar tərəfindən ƏƏSMN-nə daxil olan müvafiq sorğularla əlaqədar izahat işləri aparılır. Eyni zamanda, nazirliyin 142-“Çağrı mərkəzi” tərəfindən işəgötürənlərin həmin tədbirin icrasını təmin etmək üçün əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət edilməsi ilə bağlı müraciətləri dolğun şəkildə cavablandırılaraq, onlara ətraflı izahatlar verilir.  

Protokolun 26-cı bəndində görülən işlər barədə ayda bir dəfə olmaqla  Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına məlumat verilməsi tapşırılıb. Ona görə də ƏƏSMN tərəfindən daxil olan məlumatların nəticələri əsasında  ayda bir dəfə olmaqla məlumat verilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, sözügedən tövsiyəyə avqust ayından tətbiq edilməyə başlanılıb: “Hazırda isə hansı şirkətlərin tövsiyəyə əməl edib-etmədiyi bir ayın yekunundan sonra bilinəcək”.

Bu məqamda qeyd edək ki, artıq Təhsil Nazirliyi də Nazirlər Kabinetinə məktəblərdə dərs vaxtının dəyişdirilməsi ilə bağlı təklif göndərib. Təklifdə bildirilir ki, yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirililsin.

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq və avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq məqsədilə cari ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunub.  //qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...