"Qarabağ" bilet satışına nəzarətə başladı - FOTOLAR

"Qarabağ" bilet satışına nəzarətə başladı -  FOTOLAR

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasının biletlərinin satışına bu gündən etibarən start verilib. 

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmaraq, kassa önündə azarkeş növbəsi yaranıb.

Azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. "Qarabağ" rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. Ağdam klubu tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...