Arvadının vəkilini bıçaqladı - Məhkəmədə uduzduğuna görə

Arvadının vəkilini bıçaqladı -  Məhkəmədə uduzduğuna görə

Məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub. 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Gəncədə, Nizami rayon Məhkəməsində baş tutan ər-arvad boşanması məhkəmə prosesindən sonra baş verib. Belə ki, ər-arvadın boşanma məhkəmə prosesi zamanı vəkil Xatirə Cəbrayıl qadın tərəfi müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Məhkəmə bitdikdən sonra hər iki tərəf Gəncə Hüquq Məsləhətxanasında vəkil Xatirə Cəbrayılın iştirakı ilə görüşüblər. Qarşı tərəf vəkilə alimentin çox kəsildiyini bildirib, həmin vaxt mübahisə yaranıb. 

Məhkəmədə məğlub olan şəxs vəkilə bədəninin müxtəlif nahiyələrinə 6 bıçaq zərbəsi endirib. Zərərçəkmiş təcili olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan xəstənin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...