Soyadlarınızı indidən dəyişin ki...

Soyadlarınızı indidən dəyişin ki...
"Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim olunan sənəd müzakirə olunur".
Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.
 
N.Cəfərov bildirib ki, sənəd müzakirədə olsa da və bu məsələ ilə əlaqədar hələlik yekun qərar və ya sərəncam olmasa da, hər halda müzakirələrin gedişi cəmiyyətə təsir edib: "Bu baxımdan hazırda bir sərbəstlik var. Kim istəsə soyadını dəyişdirə, milliləşdirə bilər. Bunun üçün elə bir maneə yoxdur. Amma yeni qərar və ya sərəncam olarsa, bu proses daha da kütləviləşər. Yəni, qərar və ya sərəncam olandan sonra insanlar "ov", "yev" soyadını dəyişməlidir. Burada daha sadə variant odur ki, təklif olunan "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) soyad formalarından götürmək olar. Bundan əlavə, Nazirlər Kabinetinə verilən tövsiyələrdə belə bir imkan da nəzərdə tutulur ki, soyadını tamamilə dəyişə bilərsən. Məsələn, yaşadığın kəndin, rayonun, şəhərin adını da soyad kimi qəbul edə və ya yeni soyad kimi götürə bilərsən".
 
N.Cəfərov qeyd edib ki, soyadların dəyişdirilməsi milliləşdirilmə məqsədilə həyata keçirilir: "Yəni "ov", "yev" soyad sonluqları Sovet dövründə kütləvi şəkildə insanlara verilib. Bu soyad sonluqları ruslaşdırılmış soyadlarıdır. Millət öz soyad forması ilə tanınmalıdır".
 
N.Cəfərov Nazirlər Kabinetinin qərar qəbul edəcəyi halda diplomlarda, hərbi biletlərdə və digər sənədlərdə soyadların dəyişdirilib-dəyişdirilməməsi məsələsinə də aydınlıq gətirib: "Bu prosesin dünyanın bir çox ölkələrində praktikası var. Amma eyni zamanda, hər bir insanın keçmişi var və insanların o zamana qədərki sənədləri öz formasında qala bilər. Kim istəsə, onlar da dəyişə bilər, amma məcburi olmayacaq". Trend
Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.
 
N.Cəfərov bildirib ki, sənəd müzakirədə olsa da və bu məsələ ilə əlaqədar hələlik yekun qərar və ya sərəncam olmasa da, hər halda müzakirələrin gedişi cəmiyyətə təsir edib: "Bu baxжmdan hazırda bir sərbəstlik var. Kim istəsə soyadını dəyişdirə, milliləşdirə bilər. Bunun üçün elə bir maneə yoxdur. Amma yeni qərar və ya sərəncam olarsa, bu proses daha da kütləviləşər. Yəni, qərar və ya sərəncam olandan sonra insanlar "ov", "yev" soyadını dəyişməlidir. Burada daha sadə variant odur ki, təklif olunan "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) soyad formalarından götürmək olar. Bundan əlavə, Nazirlər Kabinetinə verilən tövsiyələrdə belə bir imkan da nəzərdə tutulur ki, soyadını tamamilə dəyişə bilərsən. Məsələn, yaşadığın kəndin, rayonun, şəhərin adını da soyad kimi qəbul edə və ya yeni soyad kimi götürə bilərsən".
 
N.Cəfərov qeyd edib ki, soyadların dəyişdirilməsi milliləşdirilmə məqsədilə həyata keçirilir: "Yəni "ov", "yev" soyad sonluqları Sovet dövründə kütləvi şəkildə insanlara verilib. Bu soyad sonluqları ruslaşdırılmış soyadlarıdır. Millət öz soyad forması ilə tanınmalıdır".
 
N.Cəfərov Nazirlər Kabinetinin qərar qəbul edəcəyi halda diplomlarda, hərbi biletlərdə və digər sənədlərdə soyadların dəyişdirilib-dəyişdirilməməsi məsələsinə də aydınlıq gətirib: "Bu prosesin dünyanın bir çox ölkələrində praktikası var. Amma eyni zamanda, hər bir insanın keçmişi var və insanların o zamana qədərki sənədləri öz formasında qala bilər. Kim istəsə, onlar da dəyişə bilər, amma məcburi olmayacaq". Trend

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...