Google xəritəsində Azərbaycana qarşı təxribat - FOTOLAR
Cəmiyyət
01:56 / 28.08.2015
1702
Beynəlxalq axtarış sistemi olan “Google”nin “Google maps” xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib.
Bizimyol.info FaktXəbər-ə isitinadən məlumat verir ki, xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində də göstərilib.
Qeyd edək ki, bu, “Google” tərəfindən edilən birinci təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və Azərbaycan tərəfinin təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, “Google” tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir.
Xəritədə Azərbaycan torpaqlarının adı Azərbaycan dilində göstərilsə də, altında ermənicə saxta adlar da qeyd edilib. Misal üçün, Xankəndi Stepanakert, Xocalı İvanyan, Xocavənd Martuni, Xanyrdu isə Lernavan kimi göstərilib. Bu siyahını uzatmaq da olar, amma sadəcə bunlar kifayətdir ki, rəsmi orqanlar yenidən Google şirkətinə müraciət etsinlər. (bizimyol.info)

