Leyla Əliyeva anasını belə təbrik etdi

Leyla Əliyeva anasını belə təbrik etdi

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Gecce.az xəbər verir ki, bu barədə Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb: 

"Mənim ona olan səmimi hisslərimi sözlə ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və heyranlıq... Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu sıra `cəsarətli` sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Tanrı bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı saxlamağa göndərib. 

Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!", - deyə Leyla Əliyeva yazıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...