Batumini sel apardı

Batumini sel apardı
Leysan yağışlar və 4 ballıq qasırğa Gürcüstanın Batumi kurort şəhərində daşqınlara səbəb olub, şəhərə köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, şəhərin küçələri, binaların birinci mərtəbələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin  çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük "tıxacı" yaranıb.  

"Biz mütəmadi olaraq şəhərin hər bir rayonunda yaranmış vəziyyətlə bağlı məlumat alırıq. Biz DİN, FHN və patrul polisi ilə əməkdaşlıq edirik. Təəssüf ki, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Suların çəkilməsi ilə bağlı işlərə başlamaq niyyətindəyik. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Lazım gəldikdə əlavə qüvvələr cəlb olunacaq", - deyə şəhər meriyasının məlumatında bildirilir. /"RİA Novosti"/


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...