“Kapital Bank”ın bankomatı yandı
15:34 / 26.08.2015
1863
Bərdədə bankomatda yanğın olub.
Sfera.az FHN-in saytına istinadən xəbər verir ki, Bərdə şəhərində "Kapital Bank" ASC-nin filialının qarşısında quraşdırılmış bankomatın plastik kart daxil olan rezin hissəsi yanıb. Bankomatın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.