Avtomobillərin sığortası ilə bağlı - Yeni qaydalar

Avtomobillərin sığortası ilə bağlı -  Yeni qaydalar

Maliyyə Nazirliyinin Kollegiyası “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları” və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”nda dəyişikliklər edib. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik “İcbari sığortalar haqqında” qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarının mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim edilməsi və onların uçotunun aparılması İcbari Sığorta Bürosunun funksiyalarına aid edilməsi ilə bağlıdır.

Bu Qaydalara əsasən indiyə qədər daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları iştirakçı sığortaçıların vəsaiti hesabına İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdirilib. 

Dəyişikliyə əsasən iştirakçı sığortaçılar bu şəhadətnamələrinin blanklarının hazırlanması üçün vəsait ödəməyəcək. 

Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...