Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı

Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı

Azərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub. 

Sfera.az report-a istinadən xəbər verir ki, ali təhsil müəssisənin mövcud 4 fakültəsinin hər birinin dekanı -Standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı dos. Namiq Əsgərov, Qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı dos. Arzu Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Xalidə Ağayeva və İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı dos. Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunublar.

Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunub. 

Hazırda dekan vəzifələrinin icrası müvafiq olaraq Standartlaşdırma və texnoloji maşınlar fakültəsində Qəhrəman Namazova, Qida məhsullarının texnologiyası və turizm fakültəsində Hafiz Əsgərova, İqtisadiyyat və idarəetmə fakültəsində İsa Əhmədova, İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsində isə Babək Fərzəliyevə həvalə edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...