Turizm şirkətlərinin nəzərinə
Cəmiyyət
11:46 / 27.08.2015
1762
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq olunub.
Sfera.az-ın nazirliyin saytına istinadən məlumatına görə, bu yeni qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.
Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb edilən sənədlər qurumun turizm şöbəsinə təqdim oluna bilər.