“Yolun sonuna yaxınlaşıram...” - İradə İbrahimova

“Yolun sonuna yaxınlaşıram...” -  İradə İbrahimova

İkinci dəfə ana olmağa hazırlaşan azərbaycanlı müğənni İradə İbrahimova hamiləliyi ilə bağlı izləyicilərindən məsləhət istəyib. 

Sfera.az qafqazinfo”nun məlumatına istinadənxəbər veri ki, ifaçı onlara instagram hesabından müraciət edib:

“Gördüyünüz kimi oturduğum yerdə yatıram. Çox şükür bir şey qalmadı, yolun sonuna yaxınlaşıram. Övlad üçün hər şey fəda olsun. Xanımlardan məsləhət almaq istəyirəm. Aranızda suni sancı ilə övladını dünyaya gətirən var? Oğlumun kilosu, boy ölçüsü 2 həftə öndə getdiyi üçün həkim uşağı tez, 38-39 həftə arasında suni sancı ilə dünyaya gətirməyimi məsləhət görür. Əlbəttə ki, əgər o vaxta qədər təbii yolla özü gəlməsə. İpək 4 kiloqram 200 qram doğulmuşdu. Gözüm qorxub. Bu da oğlandır, 5 kiloqram olar deyə, qorxuram. Bəziləri suni sancı zərərlidir deyir. Həkim isə heç bir zərəri olmadığını söyləyir. Arada qalmışam. Bir də yeni doğulan uşağa sünnət etdirmək doğrudur? İstəyirəm ki, doğulandan 2 gün sonra sünnət olsun".

Xatırladaq ki, İradə İbrahimova 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 2010-cu ildə cütlüyün İpək adında qızı dünyaya gəlib.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...