Heydər Əliyevə aid olduğu deyilən maşın satışda - FOTO

Heydər Əliyevə aid olduğu deyilən maşın satışda -  FOTO

Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb. 

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvvəllər Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.

Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).

QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.


OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...