Azərbaycan tibbində daha bir ilk - foto

Azərbaycan tibbində daha bir ilk -  foto

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.

Sfera.az gecce.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Belə ki, övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. Hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir.

Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos. Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak ediblər. İstanbul Bilim Universitetinin professoru Barış Akın da ATU-da icra edilən ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək, həkimlərə dəstək olub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub.

Qeyd edək ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunub və burada yüksək ixtisaslı mütəxəssislər çalışır.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...