“Artur Rasizadə tamamilə sağlam adamdır”

“Artur Rasizadə tamamilə sağlam adamdır”
“Şübhəsiz, baş nazir bu proseslərin üstündədir. Prezidentin tapşırığı ilə bütün məsələləri nəzarətdə saxlayır, səhərdən-axşamadək iş başındadır. Başqa nə iş ola bilər ki, əlbəttə, bu işlə məşğuldur”. 

Sfera.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli neftin qiymətinin düşməsi fonunda baş verən iqtisadi proseslərlə bağlı sualı cavablandırarkən deyib. Akif Əli bildirib ki, Artur Rasizadənin işə çıxmaması haqda deyilənlər yalandır: “Mən o zaman da deyirdim, indi də deyirəm: o jurnalistlər ki, yazırdılar Artur Rəsizadə işə çıxmır, səhhəti filandır, mən onlara deyirdim ki, səhər saat 9-a 15 dəqiqə qalmış Nazirlər Kabinetinin qarşısına gəlin və baş nazirin kartejinin içəri girdiyini özünüz görün. Axşam da saat 7-də işdən getdiyi vaxtdır. Lakin gəlmədilər, baxmadılar. “Xəstədir”, “işə gəlmir”, “yoxdur” deyilir ki, bunların hamısı boş söhbətdərdir. Oturub öz yerində, öz işi ilə məşğuldur, prezidentin tapşırıqlarını icra edir. Hərə bir şey deyir, müəyyən məqsəd güdən, təmənnalı, məqsədli adamlar var. Yaxud sadəcə elə-belə reytinqini qaldırmaq istəyən mətbu orqanlar var. 

Artur Rəsizadə tamamilə sağlam adamdır, bütün təfəkkürü, idrakı, şüuru, yaddaşı çox cavandan da möhkəmdir və heç bir problemi də yoxdur. Şəxsən mən problem görməmişəm və işində davam edir. Allah nə qədər məsləhət bilsə, o qədər də davam edəcək”.   


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...