Diqqətli olmaq lazımdır – Saxta malı tanıyın!

Diqqətli olmaq lazımdır –  Saxta malı tanıyın!

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Şagirdlər bu günü səbirsizliklə gözləsələr də , onların valideynlərini ən çox düşündürən məsələ övladlarını məktəbə tam hazır şəkildə göndərməklə bağlıdır. Bu il bir şagirdin məktəbə yola salınması üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait tələb olunur. 

Şagirdlər üçün ən vacib amil onların məktəbli formasının olmasıdır. Çünki ali təhsil müəssisələrində şagirdlərdən məktəbli forması geyinmək tələb olunur. Bu geyimləri isə Bakı Tikiş Evi tərəfindən hazırlanır. Məktəbli formasına köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir. 

Sfera.az xəbər verir ki, Bakı Tikiş Evindən ANS PRESS-ə verilən məlumata görə bu ildən etibarən isə formaların materiallarının tərkibinə yun da əlavə olunub. Ümumilikdə materialın 25%-i yundan ibarətdir.Buna səbəb isə formaların ən çox qış aylarında istifadə olunmasıdır. Formaların qiymətləri isə ölçülərindən asılı olaraq dəyişir.Məktəbli formalarının satışına paytaxtın ayrı-ayrı satış məntəqələrində rast gəlinsə də onların heç də hamısı keyfiyyətli məhsul sayılmır. 

Eyni zamanda bu geyimlər nisbətən baha qiymətə satılır. Ona görə də saxta forma almamaq üçün bir sıra amillərə diqqət yetirmək lazımdır. İlk növbədə tikişlərə fikir vermək lazımdır. Saxta formaların tikişlərində gözlə görünən qüsurlar olur. Bundan əlavə parçanın keyfiyyətinə də baxmaq lazımdır. 

BTE-in satış şöbəsinin müdiri Etibar Əzimov valideynləri geyimləri yalnız fabrikin mağazalarından əldə etməyə çağırır. Onun sözlərinə görə fabrikə məxsus mağazalarda qiymət artımına yol verilə bilməz. Geyim almaq istəyənlər tikiş evinin paytaxtın müxtəlif rayonlarında yerləşən filiallarına müraciət edə bilərlər. 

Bakı Tikiş Evinin məktəbli formalarına təklif etdiyi qiymətlər

Dərsliklərə gəlincə onlar şagirdlərə Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır. Amma digər ləvazimatları valideyn özü almalıdır. Dərs ləvazimatlarına gəldikdə isə hazırda paytaxt mağazalarında müşahidə olunan qiymətlər belədir: 

Qələm 0.10 AZN -1 AZN

Sadə karandaş 0.20 AZN -0.50 AZN

Dəftər 0.10 AZN- 1 AZN

Rəngli karandaşlar- 1AZN -6 AZN

Xətkeş- 0.20 AZN -1 AZN 

Çanta 15-40 AZN 

Su qabı 5- 12 AZN

Sonda belə bir nəticəyə gəlmək olar ki, bir şagirdin məktəbə tam hazır vəziyyətdə yola salınması üçün valideyinlərə ən azı 80-100 manat arası pul lazımdır. 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...