Axtarışda olan məktəb direktoru - “1000 manat borcum vardı...”

Axtarışda olan məktəb direktoru -  “1000 manat borcum vardı...”

“Mənim barəmdə cinayət işinin başlaması ilə bağlı xəbərlər düz deyil”. 

Sfera.az xəbər verir ki,bu barədə lent.az-a Bakıda yerləşən 55 saylı məktəbin direktoru Vahid Dəmirov bildirib. Onun sözlərinə görə, heç kimə qarşı dələduzluq etməyib və axtarışda deyil: “Bir müddət əvvəl 1000 manat borcum vardı, onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub gedib”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən cavaba görə, Bakı şəhəri, Orucov küçəsi 21 ünvanında yerləşən 55 nömrəli məktəbin direktoru Vahid Dəmirov  bu ilin mart ayından işə çıxmır.

O, işə çıxmaması ilə bağlı BŞTİ-yə müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələri təqdim edib.

Hazırda V. Dəmirovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər-Pirallahı Metodik bölməsinin müdiri Məmmədov Alı Xıdır oğlu əvəz edir.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...