“Lada” avtomobilləri 3 faiz bahalaşa bilər

“Lada” avtomobilləri 3 faiz bahalaşa bilər

TASS agentliyi “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, “Lada” avtomobilləri sentyabrın 1-dən orta hesabla 3 faiz bahalaşa bilər. Artım yalnız “Priora” modelinə şamil edilməyəcək.

“AVTOVAZ” konserninə yaxın mənbədən bildiriblər ki, qiymət artımı yalnız ehtimal olunur, hələlik qəti qərar qəbul edilməyib. Konsernin nümayəndəsi bu məlumatı şərh etməyib.

“AVTOVAZ” ilin əvvəlindən qiymətləri üç dəfə qaldırıb. Sonuncu dəfə qiymətlər avqustun 1-də orta hesabla 4 faiz artıb. Məsələn, Rusiyada ən çox satılan “Lada Granta” avtomobilinin qiyməti hazırda 348 min rubldan başlayır. Onun minimum qiyməti ilin əvvəlindən 11,7 faiz artıb.

Mənbənin fikrincə, yeni bahalaşma “AVTOVAZ”ın onsuz da azalmaqda olan satışlarına mənfi təsir göstərəcək.

Artım yalnız “Priora” modelinə şamil edilməyəcək.

“AVTOVAZ”ın alyans üzrə tərəfdaşı “Renault” da avqustun 25-dən qiymətləri qaldırıb. Rusiyada avtomobillər orta hesabla 3 faiz bahalaşıb. “Renault”un ən çox satılan modeli “Logan”ın qiyməti hazırda 419 min rubldan başlayır.

Avqustun 25-dən Rusiyada “Peugeot” və “Citroen” maşınları cüzi miqdarda - 0,8 faiz bahalaşıb. Daha əvvəl isə Yaponiyanın “Datsun” şirkəti 3-4 faiz bahalaşma barədə məlumat yayıb. Bu həftə “Ford” avtomobilinin qiymətlərinin bahalaşacağı barədə ehtimallar dolaşır. “Ford Collers”in nümayəndəsi deyib: “Biz sentyabr ayında 3-4 faiz diapazonunda cüzi düzəliş imkanlarını hesablayırıq. Bu düzəliş rublun devalvasiyası effektinin qismən kompensasiya edilməsi ilə bağlıdır”. “Nissan”ın nümayəndəsi isə bildirib ki, şirkət hələlik Rusiyada qiymətləri artırmaq barədə düşünmür.


OXŞAR XƏBƏRLƏR

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...

Vüqar Qurbanovdan yeni təyinatlar- SİYAHI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.   Sfera.az xə...