Tale Heydərov "Qəbələ"ni belə təbrik etdi - VİDEO
Cəmiyyət
18:30 / 29.08.2015
1756
Dünən "Panatinaikos"la oyundan sonra "Qəbələ" klubunun prezidenti Tale Heydərov qrup mərhələsinə vəsiqə qazanan komandasını soyunub-geyinmə otağında təbrik edib. O, Afinada futbolçularla zarafatlaşıb, mükafat vəd edib. Teleqraf.com futbolinfo.az-a istinadən xəbər verir ki, Tale Heydərovun çıxışından sonra azarkeşlər və komanda üzvləri “qırmızı-qaralar”ın həbs olunan kapitanı Cavid Hüseynov üçün “Cavid, Cavid” şüarları səsləndiriblər. "Qırmızı-qaralar"a növbəti təbrik azarkeşlərdən gəlib. Onlar sevimlilərini Qəbələ hava limanında coşquyla qarşılayıblar. Tale Heydərovun görüşündən olan həvəskar çəkilişi təqdim edirik:
Sfera.az