Bakıda güllələnən keçmiş polisin - Fotoları
Cəmiyyət
20:15 / 28.08.2015
1864
Bakıda bu gecə baş verən dəhşətli hadisədə qətlə yetirilən Nadir İbrahimovun biznesmen kimi fəaliyyət göstərdiyi məlum olub. Sfera.az xəbər verir ki, milli.az saytı hadisə zamanı qətlə yetirilən Nadir İbrahimovun fotolarını yayıb. Qeyd edək ki, bu gecə N. İbrahimov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir "Lexus" markalı 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub. Bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi.