İki kəndə qaz verildi
Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. A.Alıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən 37-i artıq qazlaşdırılmış, 4 və 5 nömrəli Qayıdış qəsəbələrinin isə qazlaşdırılması yaxın günlərdə həyata keçiriləcək.
Qeyd edək ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində ümumilikdə 24528 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sfera.az