Hitlerin 300 ton qızıl daşıyan qatarı tapıldı - Fotolar

Hitlerin 300 ton qızıl daşıyan qatarı tapıldı -  Fotolar

Xəzinə axtaran Polşadan və Almaniyadan olan iki nəfər bir müddət əvvəl yerin altından tapdıqları qızılla dolu qatarın Hitlerə aid olduğunu iddia edirdilər.

Sfera.az xəbər verir ki, qatarın tapıldığı Valdenburq qəsəbəsinin bələdiyyə sədri qatarın faşistlərə aid olduğunu təsdiqləyib.

Bələdiyyə sədri bildirib ki, qızılların dəyərinin nə qədər olmasından asılı olmayaraq, bütün sərvət Polşa hökumətinə təhvil veriləcək. 

Amma xəzinəni tapan dostlar qızıllardan onlara da pay çatacağını tələb edərək yerli orqanlara müraciət ediblər. 150 metr dərinlikdən tapılan qatarda 300 tona yaxın qızılın olduğu iddia edilir.

Məlumata görə, xəzinənin əsas hissəsini II Dünya müharibəsi zamanı həbs düşərgələrinə gətirilən əsirlərin üzükləri təşkil edir. 

İkinci Dünya müharibəsində faşistlərin Valdenburq bölgəsində metrlərlə dərinlikdə tunellər qazdıqları bir neçə dəfə gündəmə gəlib. 

Amma bir araşdırma olduğu üçün heç kim sona qədər gedə bilməyib.


OXŞAR XƏBƏRLƏR