Məmurların dostu olan falçı həbs olundu - Məhkəmə zalında

Məmurların dostu olan falçı həbs olundu -  Məhkəmə zalında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmə azadlıqda olan Saraxanım Babayeva barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs olunub.

İstintaq yolu ilə müəyyən edilib ki, Saraxanım Babayeva özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib və onları aldadıb. O, Turanə Məmmədli adlı vətəndaşa evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu mənimsəyib. Gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə daha 5500 manat pulunu alıb.

Bundan başqa S.Babayeva xeyriyyə tədbirlərinin birində tanış olduğu Təranə Mərdanovaya böyük məmurlarla əlaqasinin, yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu nüfuzlu dövlət qurumlarının birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib. T.Mərdanovanı aldadaraq 25 min manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.

Törətdiyi cinayət əməlinə görə S.Babayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəllər də dələduzluğa görə həbsdə yatmış S.Babayeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Saraxanım Babayeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində uzun illər baxıcılıqla məşğul olduğunu göstərib.


OXŞAR XƏBƏRLƏR

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...

Vüqar Qurbanovdan yeni təyinatlar- SİYAHI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.   Sfera.az xə...