Analoq yayım tezliklə dayandırılacaq

Analoq yayım tezliklə dayandırılacaq

Azərbaycanda telekanalların rəqəmsal yayıma keçid məsələsi bu ilin sonuna kimi həllini tapmalıdır. 

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, yayımın həyata keçirilməsi üçün vacib olan texniki məsələlər həll olunub.

T.Məmmədov qeyd edib ki, bir sıra məsələlərin həllindən sonra sözügedən yayım tam reallaşdırılacaq: 

“Rabitə və Yüksək Texnologiyaları Nazirliyi üzərinə düşən məsələləri həll edib. Texniki cəhətədən bütün işlər yekunlaşdırılıb və respublikanın bütün əraziləri rəqəmsallaşdırılıb. Bakıda da kabelləşdirilmə prosesi yekunlaşıb və bu şəbəkədən geniş istifadə olunur. 

Bakı şəhərində rəqəmsal yayıma keçiddə hər hansı bir problem olmayacaq. Hazırda bir məsələ qalır, o da əhalinin bu prosesə uyğunlaşdırılmasıdır. Milli Televiziya və Radio Şurasında bu ilin sonuna kimi rəqəmsal yayma keçidlə bağlı məsələyə baxılacaq. Ondan sonra analoq yayım söndürüləcək. Bu fəaliyyət insanların keyfiyyətli yayımla təmin olunmasına hesablanmış addımlardır”.


OXŞAR XƏBƏRLƏR

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...

Vüqar Qurbanovdan yeni təyinatlar- SİYAHI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.   Sfera.az xə...