Fələstinli ana azyaşlı oğlunu həbs eləmək istəyən israilli hərbçiyə belə dərs verdi - VİDEO
Cəmiyyət
02:19 / 30.08.2015
1760
Sfera.az faktfəbər-ə istinadən verdiyi məlumata görə, İordan çayının Qərb sahilində "Ayrım Divarı" ilə bağlı İsrail zülmünə etiraz olaraq keçirən yürüşlərdə sionist rejimi hərbçilərinin müdaxiləsi ilə onlarla insan yaralanıb.
Fələstinli bir ananın övladını həbs eləmək istəyən İsrail əsgərinə qarşı müqaviməti isə kameralarla lentə alınıb.
Kadrlarda görünür ki, hərbçi qolu sınıq olan azyaşlının üzünü daşa sürtür. Bundan sonra ana başda olmaqla ətrafdakılar uşağı onun əlindən almağa çalışırlar. Uzun müqavimətdən sonra fələstinlilər İsrail əsgərinin üzündəki maskanı da yırtaraq, uşağı onun əllərindən almağı bacarıblar.
Sfera.az həmin dəhşətli anları Sizlərə təqdim edirik.