"Günəşli"də itkin düşən daha bir neftçimizin meyiti tapıldı
15:48 / 30.01.2016
707
"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Sfera.az FHN-in saytına istinadən məlumat verir ki, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.