"Qurani-Kərim Məhəmməd peyğəmbərdən öncə yazılmış ola bilər"

"Qurani-Kərim Məhəmməd peyğəmbərdən öncə yazılmış ola bilər"

Böyük Britaniyada dərc olunan "Times" qəzeti bu haqda yazıb.

Qəzet Birminhem Universitetinin kitabxanasında bir ay əvvəl tapılmış bir Qurani-Kərim nüsxəsi üzərində aparılan karbon testlərinin nəticəsinə görə Quranın Məhəmməd Peyğəmbərdən əvvəl yazılmış olma ehtimalı olduğunu yazıb.

Birminhem Universitetindəki Qurani-Kərim nüsxəsi Yaxın Şərqdən təqribən yüz il əvvəl gətirilmiş bir çox kitab və sənədin də yer aldığı kolleksiyada aşkar edilib.Tapılan Quran nüsxəsinin hansı dövrdə yazılmasını müəyyənləşdirmək üçün Oksford Universitetində karbon testi həyata keçirilib. Testlərin nəticəsi isə nüsxəsinin 568 və 645-ci illər arasında bir tarixdə yazıldığına işarə edir.Məhəmməd peyğəmbərin doğum tarixi kimi 570-ci il (bəzi mənbələrə görə 571-ci il), ölüm tarixinin isə 632-ci il olduğu nəzərə alınsa yeni bir müzakirə mövzusunun yarandığını demək mümkündür.Testlərin nəticəsinə baxılarsa bu məlumatlara görə isə ən gec tarix üçüncü xəlifə olan Osmanın əmri ilə ilk Quranın toplandığı 653-cü ildən əvvələ, ən tez çıxan tarix isə Məhəmməd peyğəmbərin uşaqlıq dövrünə, onun doğumundan öncəki tarixə təsadüf edir.

Bu xəbərə münasibət bildirən "Tarixçi" və "The Shadow of The Sword" (Qılıncın Kölgəsi) adlı kitabların müəllifi Tom Holland İslam dininin mənşəyinə dair məlumatlarda səhvlərin olduğunu və yeni tapıntıların bu şübhələri artırdığını qeyd edib. //ölkə.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Minillik yala:Niyə pişiklərə süd verilməməlidir?

    İnsanlar və pişiklər min illərdir yan-yana yaşayıblar. Bu müddət ərzində heyvanların davranışı ilə bağlı miflər yaranıb. İndi isə elm adamla...

“Mənə işgəncə verib, bıçaqla vurub” - Xalq artisti keçmiş ərindən danışdı
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirmə...

Bəy toyda gəlinin üzün çəngəllə zədələdi: Bir il sonra boşandılar

Bəy toyda sevgilisinin üzünə tort ataraq çəngəllə xəsarət yetirib. Cütlük mərasimdəki xoşagəlməz hadisədən bir il keçməmiş boşanıb.   Sfera.az bildir...

Turist dərəyə daş atdığına görə bütün pulunu itirə bilər - SƏBƏB

Bir turist düşünülməmiş hərəkətə görə 200 min avroya qədər rekord məbləğdə cərimələnə bilər. Dostları onu İspaniyanın şimalındakı Picos de Europa Milli Parkında...

Barmen üçün milyonçudan ayrıldı: Taleyi necə dəyişdi? - FOTOLAR

Ukraynalı Lana Pitel mühacir köçdükdən sonra ABŞ-da necə karyera və iki övladı olan makedoniyalı ilə münasibət qurduğundan danışıb.   Sfera.az bildir...

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşa...