Benzinin qiyməti niyə düşmür?

Benzinin qiyməti niyə düşmür?

Dünya bazarlarında xam neftin qiyməti ucuzlaşdıqca Qərb ölkələrindəki sürücülərin üzü gülür - yanacaqdoldurma məntəqələrindəki lövhələrdə benzinin qiyməti az qala hər gün onların xeyrinə dəyişir. Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, neft ölkəsi Azərbaycanda isə yanacaqdoldurma məntəqələrindəki qiymət lövhələrini hökumətin - qiymətləri tənzimləyən Tarif (qiymət) Şurasının qərarı ilə dəyişmək mümkündür. Burda benzinin qiymətini dövlət tənzimləyir. 

Hərçənd 2007-ci ildə dünya bazarlarında neftin qiyməti bahalaşanda Tarif Şurası Azərbaycanda benzinin qiymətini gecə yarısı qaldırmışdı. İndi də Azərbaycan istehlakçıları benzini neftin bir barrel üçün 110 dollarlıq qiyməti ilə alır.

İqtisadçı Samir Əliyev deyir ki, Azərbaycanda benzinin qiyməti indikindən azı 50 faiz ucuz olmalıdır. 

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu hesab edir ki, benzinin qiyməti azad buraxılmalı, tənzimlənməməlidir.

Tarif Şurasından AzadlıqRadiosuna bildiriblər ki, onlar Dövlət Neft Şirkətinin tələbi əsasında qiymətlərə baxırlar.

Qubad İbadoğlu bu mövqeyi bölüşmür: “Tarif Şurasının vəzifəsi yerli qiymətləri dünya bazarı qiymətləri ilə uyğunlaşdırmaqdır. İndiki halda, Tarif Şurası Dövlət Neft Şirkətindən cavab gözləməməli və qiyməti özü salmalıdır”.

İqtisadçılar xatırlayırlar ki, 1-ci özəlləşmə dövrünə -1995-ci ilə qədər ölkədə çörəyin də qiymətini dövlət tənzimləyirdi. “Daha sonra çörək istehsalı özəl sektora verildi və dövlət qiymətləri tənzimləməyi dayandırdı, nəticədə çörək bolluğu yarandı”, - deyə Samir Əliyev xatırlayır.

Hazırda Tarif Şurası 17 adda qiyməti tənzimləyir, siyahıya sonuncu əlavə olunan - dərman qiymətləridir. Qubad İbadoğlu deyir ki, siyahının uzanması yaxşı əlamət deyil: “Bazar iqtisadiyyatı olan ölkələrdə qiymətləri dövlət tənzimləmir. Keçid iqtisadiyyatı üçün Azərbaycanda Tarif Şurasının fəaliyyət göstərməsi normal sayıla bilərdi, amma tənzimlənən qiymətlərin siyahısının uzanması bazarın ötən müddət ərzində liberallaşmamasının, əksinə getdikcə dövlət nəzarətinə keçməsinin göstərəcisidir”.

Məsələ burasındadır ki, kommunal xidmətlərin qiymətlərini, metroda gediş haqlarını da Tarif Şurası tənzimləyir və hökumətin mövqeyi əsasən belədir ki, əgər dövlət müdaxiləsi olmazsa, bu qiymətlər əhalinin sosial vəziyyətinə müvafiq olmayan həddə qalxa bilər: “indi isə qiymətlər maya dəyərindən aşağı satılır” - deyə hökumət rəsmiləri deyirlər.

Di gəl ki, bu sahələrdə xidmət göstərən şirkətlərin özləri də (“Metropoliten”, “Azərsu”, “Azərenerji”) dövlət şirkətləridir və onların şəffaflığı şübhə altındadır: “Bir çox hallarda xidmət və malların maya dəyəri şişirdilir, bu şirkətlərin işi ictimaiyyətə açıq və şəffaf deyil” - deyə Samir Əliyev bildirir.

Azərbaycanda iqtisadiyyatın şəffaf olmadığını beynəlxalq qurumlar da deyir. Transparency İnternational (Beynəlxalq Şəffaflıq) Təşkilatının 2014-cü ilə dair Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 175 ölkə arasında 126-cı sırada qərarlaşır və bu göstəriciyə görə, Gürcüstandan 76, Ermənistandan 32 pillə geridir.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...