Nazirlik Cəlilabadda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Nazirlik Cəlilabadda əməliyyat keçirdi -  2 nəfər saxlanıldı

Son iki gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və onun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox  tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...